İngiltərə

Van Deyk gələcəyi haqda: Yalan danışır

Vircil van Deyk gələn mövsüm də “Liverpul”da qalıb-qalmayacağını bilmir.

Aut.az xəbər verir ki, o bu barədə İngiltərə mətbuatına danışıb.

33 yaşlı müdafiəçinin mersisaydlılarla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

“Növbəti mövsümdə nə olacağını bilmirəm. Kimsə bildiyini deyirsə, yalan danışır.

Müqavilə danışıqları dayandırılıb? Heç bir şey dayandırılmayıb. Artıq dedim: xəbər olsa, biləcəksiniz. Ancaq hələlik mən özümü belə heç nə bilmirəm”, – van Deyk deyib.

Aut.az