İngiltərə

Onun bu qədər yaxşı olduğunu bilmirdim – Virts kimi deyir?

“Liverpul”un yarımmüdafiəçisi Florian Virts komanda yoldaşı Uqo Ekitika haqqında danışıb.

Aut.az xəbər verir ki, BBC Virtsin sözlərini sitat gətirib:

“O, əla oğlandır – parlaq şəxsiyyətə malik, artıq mənim üçün yaxşı dostdur. Biz bir-birimizi Bundesliqadan tanıyırıq – bir neçə dəfə bir-birimizə qarşı oynamışıq və hətta formaları da dəyişmişik. O, fantastik oyunçudur və hətta onu ilk dəfə burada məşqdə və oyunda görəndə təəccübləndim, çünki onun bu qədər yaxşı olduğunu bilmirdim. Onunla oynamaq çox əyləncəlidir, çünki o, meydanda necə hərəkət etdiyini və digər oyunçularla necə qarşılıqlı əlaqədə olduğunu bilir”.

Ekitike bu mövsüm bütün yarışlarda 31 oyunda meydana çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Transfermarkt” onu 85 milyon avro dəyərində qiymətləndirir. 23 iyul 2025-ci ildə fransız futbolçu “Liverpul” ilə 2031-ci ilə qədər altı illik müqavilə imzalayıb.

Aut.az