“Yunayted”in tarixində ilk baş məşqçidir ki…
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubun tarixinə düşüb.
Aut.az xəbər verir ki, MY Premyer Liqanın 12-ci turunda “Luton Taun”u məğlub edib. Ten Haq “qırmızı şeytanlar”ın tarixində ilk 50 Premyer Liqa matçında 30 qələbə qazanan ilk baş məşqçi olub. Bu barədə “Squawka” məlumat yayıb.
Xatırladaq ki, İngiltərə çempionatının 12 turundan sonra niderlandlı mütəxəssisin komandası 21 xal toplayıb və hazırda turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
Ten Haq 2022-ci ilin yayında “Mançester Yunayted”in baş məşqçisi təyin edilib. İngiltərə Premyer Liqasının son mövsümünün yekununda “qırmızı şeytanlar” 38 turdan sonra 75 xal toplayaraq üçüncü yeri tutub.
Aut.az
