İngiltərə

“Siti” onun transferini tamamladı

“Lion” və Fransa millisinin cinah oyunçusu Rayan Şerki “Mançester Siti”yə keçməyə yaxındır.

Aut.az xəbər verir ki, klublar 21 yaşlı futbolçunun transferi üçün 35 milyon avroya razılıq əldə ediblər. Bu barədə “L’Equipe” məlumat yayıb.

Geridə qalan mövsümdə Şerki “Lion”un heyətində bütün turnirlərdə 44 oyun keçirib, 12 qol vurub və 20 qol ötürməsi ilə yadda qalıb.

Aut.az