Agenti “Yunayted”in hücumçusunu bu nəhəngə təklif etdi
“Mançester Yunayted” in hücumçusu Coşua Zirkzeenin mövsümün sonunda klubunu dəyişmək ehtimalı yüksəkdir.
Aut.az xəbər verir ki, “Tuttosport”un məlumatına görə, Zirkzeenin agenti artıq “Yuventus”a müştərisinin yayda transfer üçün əlçatan olacağı barədə məlumat verib.
24 yaşlı niderlandlı bu mövsüm “Mançester Yunayted”də bütün turnirlərdə 20 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Zirkzee adətən əvəzetmədən meydana çıxıb.
“Mançester Yunayted” oyunçunu 2024-cü ilin yayında “Bolonya”dan 42,5 milyon avroya alıb. Onun hazırkı bazar dəyəri “Transfermarkt” tərəfindən 22 milyon avro olaraq qiymətləndirilir.
Aut.az
