Basketbol

“Sabah” turu qələbə ilə başa vurdu

Azərbaycan Basketbol Liqasında III tura yekun vurulub.

Aut.az xəbər verir ki, sonuncu matçda “Sabah” “Xırdalan”ı 99:87 hesabı ilə üstələyib.

Günün ilk oyununda “Neftçi” “Şəki”yə qalib gəlmişdi – 90:64.

Qeyd edək ki, III turun əvvəlki oyunlarında “Xəzri” “Cəlilabad”ı 89:79, “NTD-İndiqo” “Gəncə”ni 94:76, “Sumqayıt” isə “Sərhədçi”ni 74:70 hesabı ilə məğlub edib.