Əfsanə “Qarabağ”a qol vuran futbolçunu təriflədi: O, əsl super ulduzdur
“Çelsi”nin və İngiltərə yığmasının əfsanəvi kapitanı Con Terri London klubunun gənc hücumçusu Estevao Villian haqqında fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, 18 yaşlı braziliyalı futbolçunun potensialını və böyük oyunların təzyiqinə davam gətirmək bacarığını yüksək qiymətləndirib:
“O, əsl superulduzdur, bu yaşında etdikləri sadəcə inanılmazdır. Məşqçinin ona qayğı göstərməsi xoşuma gəlir. Düşünürəm ki, azarkeşlər və aramızdakı bəziləri onu meydanda daha tez-tez görmək istərdi. Gənc olanda tədricən komandaya alışırsan.
Həftəsonu bizi “Bernli” ilə erkən səfər oyunu gözləyir, bu onun üçün yeni olacaq, çünki daha əvvəl belə erkən oyunlarda iştirak etməyib. Buna görə də məşqçinin nə edəcəyini görmək maraqlı olacaq. Əhəmiyyətli matçlarda Estevao göstərdi ki, bu qədər gənc yaşında belə bunun öhdəsindən gələ biləcək qədər yetkindir”.
Qeyd edək ki, Estevao Çempionlar Liqasının 4-cü turunda Bakıda baş tutan “Qarabağ” – “Çelsi” matçında (2:2) görüşdəki ilk qolu vurmuşdu.
