Mourinyonun yeni transfer hədəfi
“Mançester Yunayted”in yarımmüdafiəçisi Yeydon Sanço karyerasını İtaliyada davam etdirə bilər.
Aut.az xəbər verir ki, klubunun baş məşqçisi Joze Mourinyo ingiltərəli futbolçunu komandanın əsas transfer hədəfi kimi müəyyənləşdirib.
“Mançester Yunayted” Sançonu ən çox pul təklif edən kluba satmağa hazırdır. “Roma”nın maliyyə baxımından yarımmüdafiəçini transfer etmək şansı azdır, lakin “canavarlar” oyunçunu icarəyə götürmək variantından da yararlana bilər.
