İspaniya

“Real”ın baş məşqçi postuna daha bir namizəd

“Real”ın baş məşqçi postuna namizədlərin sayı artıb.

Aut.az xəbər verir ki, kral klubu “Brayton”un çalışdırıcısı Roberto De Zerbi variantını da nəzərdən keçirir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid klubu yekun qərarını verməyib. Rəhbərlik seçim imkanını çoxaltmaq üçün başqa mütəxəssislər arasından da seçim etməyə çalışır. 

De Zerbi isə Xabi Alonsodan sonra bu posta ən real namizəddir. İtaliyalı çalışdırıcı “Brayton”la uğurla rəhbərlik edir. Komanda 6 turdan sonra 15 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 3-cü yerdədir. Bundan əlavə “qağayılar” məhz onun rəhbərliyi dövründə tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Xatırladaq ki, bir müddət “Real”ın hazırkı baş məşqçi Karlo Ançelottini əvəz edəcək məşqçi kimi artıq Xabi Alonsonu seçdiyi barədə məlumat yayılmışdı. İspan mütəxəssis hazırda da bu vəzifəyə əsas namizəddir.

Karlo Ançelottinin “kral klubu”yla müqaviləsi mövsümün sonunda başa çatacaq. O, Braziliya milli komandasının sükanı arxasına keçəcək.