İspaniya

2 oyun təxirə salındı

İspaniya kubokunun 1/64 final mərhələsinin iki oyunu Valensiya İcmasında daşqın səbəbindən təxirə salınıb .

Aut.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 30-da “Valensiya” səfərdə “Parla”, “Levante” isə “Pontevedra” ilə qarşılaşmalı idi. Artıq oyunlar müvafiq olaraq noyabrın 6 və 7-nə planlaşdırılıb.

Valensiyada güclü yağış və daşqın səbəbindən qırmızı təhlükə elan edilib. Yağış 1966-cı il sentyabrın 11-dən yerli bələdiyyədə hər kvadratmetrə 520 litr yağandan bəri ən güclü yağıntı olub. Hazırkı məlumatlara görə, Valensiyada 51 nəfər ölüb.

Aut.az