86 futbolçuya danışıq aparmağa icazə verildi
Yeni ildən etibarən La Liqada oynayan 86 futbolçunun müqavilələri 2024-cü ilin yayında başa çatacağı üçün digər klublarla danışıq apara bilərlər.
Aut.az xəbər verir ki, bubarədə As məlumat yayıb.
Mənbənin məlumatına görə, müqaviləsi başa çatan futbolçulardan ən çoxu Bilbao “Atletik”indədir – doqquz. Sonrakı sırada “Vilyarreal” gəlir – səkkiz .
“Real Sosyedad” yeganə klubdur ki, müqaviləsi iyunda başa çatacaq futbolçusu yoxdur.
18 turdan sonra La Liqaya 45 xalla “Real Madrid” başçılıq edir. “Jirona” ikinci yerdədir (45 xal). İlk üçlüyü “Barselona” qapayır (38 xal).
Aut.az
