Satmırlar, əl çəkin
Qleyzer ailəsi “Mançester Yunayted”i satmaq fikrindən daşınıb.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Joel və Avram Qleyzer kluba investisiya cəlb edə biləcəklərinə əmin olduqları üçün belə qərar veriblər. Onların planı baş tutsa, növbəti onillikdə “Mançester Yunayted”in dəyəri ikiqat arta bilər.
Qeyd edək ki, Qətər Şeyxi Yassim bin Hamad Al Tani və İNEOS neft şirkətinin sahibi ingilis Cim Ratkliff “qırmızı şeytanlar”ın satın alınması üçün iddialı idilər. Həmçinin bir neçə investisiya fondu klubdan pay almaqda maraqlıdır. Klubun satın alınması üçün edilən ən yaxşı təklif isə 5 milyar dollar idi. Qleyzerlər isə ən pis halda 6 milyard dollarlıq təklifi dəyərləndirə biləcəklərini bildirirdilər.
