Görün nə ilə təsəlli tapır
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının hücum potensialından danışıb.
Aut.az xəbər verir ki, onun sözlərini insayder Fabritsio Romano “X” sosial şəbəkəsində sitat gətirib.
“Çoxlu şanslar yaradırıq, qol şanslarına görə Premyer Liqada üçüncüyik. Biz son mərhələdə, rəqibin cərimə meydançasında öz oyunumuzu yaxşılaşdırmalıyıq. Əminəm ki, bizim hücumçularımız buna qadirdir”, – Ten Haq bildirib.
“Mançester Yunayted” 6 oyundan 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü yerdədir. Bu oyunlarda “qırmızı şeytanlar” 5 qol vurub, 8-ni buraxıb.
Aut.az
