İngiltərə

Açıqladı: Poçettino onu yanına gətirir?

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “Tottenhem”in hücumçusu Harri Keynin “mavilər”ə mümkün keçidindən danışıb.

Aut.az xəbər verir ki, o, sabiq futbolçusunu transferi barədə suala belə cavab verib:

“Başqa komandaların oyunçuları haqqında danışmağı xoşlamıram, amma söhbət dünyanın ən yaxşı hücumçularından birindən gedir. Bu barədə nəsə demək düzgün olmazdı. Harri ilə münasibətimiz həmişə əla olub”.

İngiltərə mətbuatı “Çelsi”nin “Tottenhem”ə Keyni üçün yaxşı şərtlərlər təklif yolladığını iddia edir.

Qeyd edək ki, Poçettino 2014-2019-cu illərdə “mahmızlar”a rəhbərlik edib və Harriylə birlikdə çalışıb.

Açıqladı: Poçettino onu yanına gətirir?