İngiltərə

“Yunayted” onunla danışıb: Əfsanə qayıdır?

“Mançester Yunayted” keçmiş futbolçusu və baş məşqçisi Ule-Qunnar Sulşerlə danışıqlar aparıb.

Aut.az xəbər verir ki, bu barədə Jurnalist Florian Plettenberqin “X” sosial media səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, norveçli məşqçi cari mövsümün sonuna qədər olsa belə, “qırmızı şeytanlar”ı idarə etməyə hazırdır. Sulşer son dərəcə motivasiyalıdır və bu işə tam hazırdır. Klub hazırda qərar qəbul edir.

Sulşer “qırmızı şeytanlar”ı 2018-ci ildən 2021-ci ilə qədər çalışdırıb.

5 yanvarda “Mançester Yunayted” Ruben Amorimin baş məşqçi vəzifəsindən azad edildiyini elan etdi. Portuqaliyalı məşqçi 11 noyabr 2024-cü ildən 5 yanvar 2026-cı ilə qədər kluba rəhbərlik edib.

Aut.az