İngiltərə

Klublara göstəriş gəldi: Hakimlərə bu yeməkləri verin

Premyer Liqa rəhbərliyi hakimlərin qidalanması ilə bağlı qərar qəbul edib.

Aut.az xəbər verir ki, Premyer Liqa klubları oyunlardan əvvəl hakimlərə təqdim etməli olduqları prioritet məhsulların siyahısını alıblar. Bu barədə “Daily Mail” məlumat yayıb.

Düyü piroqları, qoz yağı və dəniz məhsulları icazə verilən qidalar siyahısına daxil edilib, sendviçlər və yağlı qidalar isə qadağan edilib. Hakimlərə həmçinin qoz-fındıq və ya həzm olunması uzun zaman alan digər qidaları yeməkdən çəkinmək tövsiyə edilib.

Hakimlərə oyun günü əsas yemək kimi tərəvəzli toyuq və ya balıq şəklində daha çox protein istehlak etmək məsləhət olunub.

Aut.az