Səudiyyə Ərəbistanı rekord təklif hazırlayır – “Liverpul”a
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Liverpul”un ulduzu Məhəmməd Salahı heyətinə qatmaq niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat verib.
Onun sözlərinə görə, “Əl-İttihad” “Liverpul”a 90 milyon avroluq təklif hazırlayır. Bu, Səudiyyə Ərəbistanı çempionatı tarixində ən bahalı transfer ola bilər.
Salahın “Liverpul”la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
“Əl-İttihad”da Salahın keçmiş komanda yoldaşı Fabinyo, həmçinin Kərim Benzema və Nqolo Kante kimi ulduzlar oynayır.
Aut.az
