Əfsanə qayıtdı – FOTO
“Çelsi”nin sabiq müdafiəçisi və kapitanı Con Terri kluba yeni vəzifəyə qayıtdığını açıqlayıb.
Aut.az xəər verir ki, o, klub akademiyasında çalışacaq.
Bu ilin aprelindən Terri “Lester”də Din Smitin məşqçilər korpusunda çalışıb. Lakin komanda Premyer Liqanı tərk edəndən sonra o, işsiz qalıb.
Xatırladaq ki, Terri “Çelsi”nin yetriməsidir və peşəkar karyerasının 19 ilini bu klubda keçirib. O, yalnız 2000-ci ildə icarə əsasında “Nottingem Forest”də oynayıb və karyerasının son mövsümünü “Aston Villa”da keçirib. Daha sonra 3 il burada köməkçi məşqçi kimi çalışıb.

