Qaydasız döyüş

Tofiq Musayevin döyüşünün vaxtı açıqlandı

Azərbaycanlı döyüşçü Tofiq Musayev UFC-də növbəti döyüşünü ABŞ-da keçirəcək.

Aut.az xəbər verir ki, “MMA Junkie” portalının məlumatına görə, azərbaycanlı döyüşçünün rəqibi çilili İqnasio Bahamondes olacaq. Qarşılaşma 28 mart tarixində Sietldə keçiriləcək turnirində baş tutacaq.

Musayev MMA karyerası ərzində 22 qələbə və 6 məğlubiyyət əldə edib. O, UFC-də ilk və son döyüşünü Bakıda keçirilən turnirdə qırğızıstanlı Miktibek Orolbay ilə keçirib və birinci raundda məğlub olub.

Bahamondesin karyera göstəricisi isə 17 qələbə və 6 məğlubiyyətdir. Çilili döyüşçü də sonuncu dəfə məhz Bakıda oktaqona çıxıb və hakimlərin qərarı ilə azərbaycanlı Rafael Fizievə uduzub.

Aut.az