Qaydasız döyüş

Fiziyev noyabrda qayıdır: Siyahıda kimlər var?

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev növbəti döyüşünü nə vaxt keçirmək istədiyini açıqlayıb.

İyunun sonunda Fiziyev Bakıda (Azərbaycan) keçirilən UFC turnirində çilili İqnasio Bahamondesə qalib gəlib.

Aut.az xəbər verir ki, Fiziyev bu barədə sosial şəbəkədə yazıb.

“Məqsədim noyabrda qayıtmaqdır. Siyahımda kimlər var?”, – Fiziyev yazıb.

Rafael Fiziyev MMA üzrə 17 döyüş keçirib və 13 qələbə qazanıb. O, UFC yüngül çəki reytinqində 11-ci yerdədir.

Aut.az