Çempion olan gürcü rəqibini təxribatda günahlandırdı: Utanmalıdırlar
Yeni UFC çempionu Merab Dvalişvili Şon O’Malliyə qarşı titul döyüşünün əvvəlində qəribə davranışını izah edib.
Aut.az xəbər verir ki, mübarizə başlayandan az sonra Dvalişvili hakimin diqqətinə O’Malley komandasının ona yaxınlaşdığını çatdırıb.
“Hamı döyüşün əvvəlində orada nə baş verdiyini soruşur. Peşəkar qalmağa və bütün fikrimi mübarizəyə yönəltməyə çalışdım. Mən enerjini pozmaq istəmədim və Şonun komandasında heç kimlə göz təması qurmadım. Amma döyüş başlayandan dərhal sonra kiminsə məni çağırdığını eşitdim. Onun məşqçisi fikrimi yayındırmağa və məni təhrik etməyə çalışdı. Bunun qarşısını almaq üçün onlara qışqırdım.
Eyni axmaqlıq Aljo ilə mübahisə də oldu. Bu peşəkar deyil. Onlar bu hörmətsizliyə görə utanmalıdırlar. “Fair-play” ruhu yoxdur”.
Aut.az
