Bədənini azarkeşlərə göstərdi: 2 ildir döyüşmür… – FOTOLAR
İki çəki kateqoriyasında keçmiş UFC çempionu Konor Makqreqor izləyiciləri üçün foto paylaşıb.
Aut.az xəbər verir ki, 2 ildir oktqqonlardan irlandiyalı döyüşçünün paylaşımı azarkeşləri tərəfindən maraqla qarşılanıb. Fanatları onun uzun müddət döyüşməməsinə baxmayaraq formada olduğunu bildiriblər
Xatırladaq ki, Makqreqor sonuncu dəfə 2021-ci ildə UFC 264 turnirində çıxış edib. ABŞ təmsilçisi Dastin Puaryeyə uduzaraq ayağını sındırdıqdan sonra peşəkar səviyyədə döyüşməyib. 35 yaşlı irlandiyalı döyüşçü 28 görüş keçirib. Aktivində 22 qələbə və 6 məğlubiyyət var.
Konor 2013-cü ildə UFC-yə qatılıb.


