Rəqiblərinə “ilişdi”: Bu, onlar üçün…
Ağır çəkidə WBC üzrə dünya çempionu Tayson Fyuri maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, “Boxing Social YouTube” kanalına müsahibəsində peşəkar boksda kəmərlərə münasibətindən istehza ilə danışıb:
“Heçnə dəyişməyib. Məni hələ də mütləq çempion titulları maraqlandırmır. Bu, mənim üçün pis demək deyil. Həmişə demişəm ki, kəmərlərin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Döyüşdə qalib gəlməyin əsl çəkisi var. Kliçko və ondan əvvəlki günlərə qayıtsaq, bu, heç vaxt mənim arzum olmayıb. Mütləq çempion titulunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Lennox Levis, Antoni Coşua və ya hər kəs üçün əhəmiyyətli ola bilər, amma mən heç vaxt buna əhəmiyyət verməmişəm. Boksda qazanmadığım yeganə şey Britaniya tituludur. Nə vaxtsa onu götürməyi hədəfləyirəm. Ümid edirəm ki, belə şansım var.”.
Qeyd edək ki, Fyuri oktyabrın 28-də Səudiyyə Ərəbistanında Fransis Nqannu ilə döyüşəcək .
