Əl-Şeyxin jurnalı anons etdi: O qayıdır
Bu yaxınlarda Türki Əl-Şeyxə məxsus olan məşhur boks jurnalı “The Ring” Vladimir Kliçkonun geri qayıtdığını elan edib.
Aut.az xəbər verir ki, “The Ring” yazır ki, Kliçko Corc Formanın rekordunu qırmaq üçün rinqə qayıtmaq istəyir. Kiçik Kliçko dünyanın ən yaşlı ağır çəkili çempionu olmaq istəyir. Vladimir artıq bu il keçirilməsi planlaşdırılan böyük döyüşə hazırlaşır.
Bir müddət əvvəl ən məşhur boks jurnalistlərindən biri Mayk Kopinqer ukraynalı boksçu Vladimir Kliçkonun 2025-ci ildə qayıtmasının mümkün olduğuna inandığını bildirmişdi.
Aut.az
