Boks

Taysondan acı etiraf: Bir oğlan var ki, indi məni ələ salır  

Ağır çəkidə WBC versiyası üzrə keçmiş dünya çempionu Tayson Fyuri ukraynalı Aleksandr Usikə bu ilin mayında məğlub olduğu döyüş haqda danışıb.

Aut.az xəbər verir ki, Fyuri bu məğlubiyyətin ona baha başa gəldiyini bildirib.

“Məni məğlub edən, bakirəliyimi götürən və yaşadığı yerə – Ukraynaya və ya İspaniyaya aparan bir adam var. Onun harada yaşadığını bilmirəm, amma o, mənim qələbəmi qarət etdi, məni narahat edən də budur. Başqasının nə etdiyi məni maraqlandırmır. Bir oğlan var ki, indi məni ələ salır”, – Tyson deyib.

Aut.az