Boks

Tayson döyüşdən sonra onu ailəsi ilə görün hara dəvət etdi

Ağır çəkidə WBC kəmərinin sahibi Tayson Fyuri (33-0-1, 24 KO) ilə WBA, WBO, IBO və IBF çempionu Aleksandr Usik (21-0, 14 KO) arasında dekabrın 23-də keçiriləcək döyüşə hazırlıq görülür.

Aut.az xəbər verir ki, bu barədə Fyurinin nümayəndəsi Spenser Braun məlumat verib. Onun sözlərinə görə, hər iki düşərgə mütləq çempionluq uğrunda imzalanmış döyüşü məhz həmin gün keçirməyi planlaşdırır.

Tayson Fyuri və Aleksandr Usikin döyüş üçün müqavilə imzalamadan əvvəl telefonla danışdıqları da məlum olub.

“Tayson indicə Usiklə danışdı və dedi: “Çox sağ olun, sizi rinqdə görməyi səbirsizliklə gözləyirəm, sonra Morkama gəlməyinizi, uşaqlarınızı gətirməyinizi və həftə sonunu birlikdə keçirməyinizi istərdim”, – Braun deyib.

Fuiri-Usik döyüşü 29 aprel 2023-cü ildə baş tutmalı idi, lakin tərəflər razılığa gələ bilmədi. Yeni potensial tarix 23 dekabr 2023-cü ildir, lakin 2024-cü ilin yanvarı ola bilər. Məkan Səudiyyə Ərəbistanı olacaq .

Aut.az