Digər

Messi ailəsi konsertdə: Mahnı oxudular, şəkil çəkdirdilər – FOTO/VİDEO

“İnter Mayami”nin hücumçusu Lionel Messi komandası mövsümün başa çatdığından tətilə başlayıb.

Aut.az xəbər verir ki, argentinalı superulduz asudə vaxtını ailəsiylə keçirir.

Argentinalı futbolçu həyat yoldaşı Antonella Rokkuzo və üç oğlu Tiaqo, Mateo və Çiro ilə birlikdə Mayamidəki “Hard Rok” arenasında britaniyalı pop ulduzu Ed Şiranın konsertinə qatılıb.

Tədbirdə Messi “Bad Habits” mahnısı zamanı uşaqlarının sənətçi ilə birlikdə oxumasını təmkinli şəkildə lentə alıb.


Konsertdən sonra argentinalı futbolçu və ailəsi şəxsən tanış olduqları Şiranla birgə şəkil çəkdirib.