Biabır olmaları bəs deyil, bəd xəbər də aldılar
“Bayern” ciddi itkiylə üzləşib.
Aut.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən biri olan Mattiys De Liqt zədələnib. Niderlandlı müdafiəçi “Saarbrüken”ə qarşı ölkə kubokunun 1/16 final matçında sıradan çıxıb.
Zədəsi ciddi olduğu deyilən oyunçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, “Bayern” “Saarbrüken”ə 1:2 hesabıyla məğlub olub və kubokda mübarizəni dayandırıb.
