Dünya futbolu

Bağ evində güllələndi

Braziliyalı futbolçu Felipe Dioqo güllələnərək öldürülüb.

Aut.az xəbər verir ki, hadisə 21 yaşlı hücumçunun bağ evində baş verib. C seriyasında çıxış edən “San Bernardo” klubunun forvardı mövsüm başa çatdıqdan sonra istirahət etmək üçün doğulduğu Ribeyrao-Pretoya gedib. Orada bir qrup şəxs tərəfindən hücuma məruz qalan oyunçu güllə yaraları alıb.

Gənc futbolçu xəstəxanaya aparılsa da, həkimlərin müdaxiləsi nəticə verməyib.