Dünya futbolu

“İnter Mayami” 9 nəfərlə qalib gəldi, Messi ilə Suares – VİDEO

 MLS-də “Filadelfiya Yunion” “İnter Mayami”ni qəbul edib.

Aut.az xəbər verir ki, “Çesterdə Subaru Park” stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. “İnter Mayami” görüşü 9 futbolçu ilə bitirib.

69-cu dəqiqədə qonaqların heyətində David Ruis meydandan qovulub, 84-cü dəqiqədə isə Tomas Aviles meydanı tərk etməli olub.

“İnter Mayami” qələbə qolunu əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində vurub. Bu görüşdə hücumçular Lionel Messi və Luis Suares iştirak etməyib .

Aut.az