Avropa Çempionatıİspaniya

Bu uşaq iki göstəricidə AÇ tarixinə düşdü

İspaniya milli komandasının gənc futbolçusu Lamin Yamal 2 göstəricidə Avropa Çempionatları tarixinə düşüb.

Aut.az xəbər verir ki, 16 yaş 338 günlüyündə Xorvatiya ilə Avro-2024-ün ilk tur matçında start heyətində yer alan olan Yamal  turnir tarixində meydana çıxan ən gənc futbolçu olub.

Əvvəlki rekord 17 yaş 246 günlük ikən Avro-2021-in qrup mərhələsində debüt edən Polşa millisinin üzvü Kasper Kozlovskiyə məxsus idi.

“Barselona”nın 16 yaşlı cinah futbolçusu eyni zamanda həmin görüşün 45-ci dəqiqəsində Dani Karvaxala məhsuldar ötürmə edib. O, bununla AÇ tarixində ən gənc assistent müəllifi olub.

Qeyd edək ki, İspaniya millisi Xorvatiyanı 3 cavabsız qolla məğlub edib.

Aut.az