Almaniya millisinin üzvü Premyer Liqa yolunda
“Vest Hem” Dortmund “Borussiya”sı ilə hücumçu Niklas Fullkrugun transferi ilə bağlı razılığa gəlməyə yaxındır.
Aut.az xəbər verir ki, bu barədə Sky Sports məlumat yayıb.
“Borussiya” Almaniya millisinin üzvünü 2023-cü ilin yayında “Verder”dən 17 milyon avroya alıb. İndi 31 yaşlı futbolçunun bazar dəyəri 15 milyon avro qiymətləndirilir.
2023/24 mövsümündə Füllkrug Dortmund üçün bütün yarışlarda 46 matçda 16 qol vurub və 10 məhsuldar ötürmə verib. O, Avro-2024-də Almaniya millisində çıxış edib və burada 5 matçda 2 qol vurub.
Aut.az
