Qışın ən bahalı 5 transferi: Hamısı bir liqadadır
Avropada qış pəncərəsinin ən bahalı transferləri İngiltərə klubları ilə bağlıdır.
Aut.az xəbər verir ki, birinci yerdə yarımmüdafiəçi Antuan Semenonun 72 milyon avroya “Bornmut”dan “Mançester Siti”yə keçidi, ikinci yerdə isə 49,7 milyon avroya “Vulverhempton”dan “Kristal Pelas”a transferi olan Yorgen Strand Larsenin transferi qərarlaşıb. Üçüncü ən bahalı transfer isə ” Vest Hem”dən Braziliyanın “Flamenqo” klubuna 42 milyon avroya keçən yarımmüdafiəçi Lukas Paketa olub.
Dördüncü yerdə yarımmüdafiəçi Konor Qallagerin “Atletiko Madrid”dən “Tottenhem”ə keçidi gəlir və bu transfer 40 milyon avroya başa gəlib.
Ən bahalı qış transferlərinin ilk beşliyini “Tottenhem”in yarımmüdafiəçisi Brennan Conson tamamlayır və o, da 40 milyon avroya “Kristal Palas”a keçib.
Aut.az
