“Real”a məğlubiyyətdən sonra qərar verildi: Pepin yerinə o gətirilir
Xosep Qvardiola 2024/25 mövsümü başa çatdıqdan sonra İngiltərənin “Mançester Siti” klubunu tərk edə bilər.
Aut.az xəbər verir ki, “Mançester Siti”nin rəhbərləri “Real Madrid”ə qarşı son uğursuzluqdan sonra Pep Qvardiolanın istefasını ciddi şəkildə düşünürlər.
Qeyd olunur ki, “şəhərlilər” artıq Pepin yerinə mümkün namizədlə bağlı qərar verib. O da ispaniyalıdır.
Qvardiolanın yerinə əsas namizədin “Bornmut”un baş məşqçisi Andoni İraola olduğu bildirilir.
Aut.az
