“Siti” ona elə bir jest etdi ki…
“Mançester Siti” Kevin De Bruyneyə olan hörmət və minnətdarlığını ifadə etmək məqsədilə onun şərəfinə xüsusi heykəl sifariş edib.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Heykəl “şəhərlilər”in stadionunun qarşısında yerləşdiriləcək.
“Bu o deməkdir ki, mən hər zaman bu klubun bir hissəsi olacağam. Ailəmlə və dostlarımla nə vaxt qayıtsam, öz heykəlimi görə biləcəyəm. Buna görə də mən həmişə burada olacam”, – deyə De Bruyne bildirib.
Hazırda “Mançester Siti”nin stadionunun qarşısında Vensen Kompani, David Silva, Serxio Aquero, Mayk Sammerbi, Frensis Li və Kolin Bellinin heykəlləri mövcuddur.
Mayın 20-də belçikalı futbolçu “Bornmut”a qarşı Premyer Liqanın 37-ci turunda keçirilən görüşdə klubdakı son ev oyununa çıxıb. Həmin qarşılaşmada “Siti” 3:1 hesablı qələbə qazanıb.
Kevin De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. 33 yaşlı futbolçu klubun heyətində 421 oyuna çıxıb, 108 qol vurub və 177 qol ötürməsi edib.
Aut.az
