“Yunyated” Avrokuboklara buraxılmaya bilər – Yeni sahibinə görə
“Mançester Yunayted” UEFA-nın yeni “çoxlu mülkiyyət” qaydasına görə gələn mövsüm avrokuboklardan kənarda qala bilər. Yəni eyni sahibin tabeliyində olan klubların eyni yarışda iştirakına icazə verilmir.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
“Qırmızı şeytanlar”ın yeni həmsahibi, britaniyalı milyarder Cim Ratkliffdir. Onun şirkəti də Fransanın “Nitsa” klubunun da sahibidir.
Xatırladaq ki, “Mançester Yunayted” hazırda İngiltərə çempionatında altıncı pillədə qərarlaşıb və bununla da Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparır. Öz növbəsində, “Nitsa” hazırda Fransa Liqa 1-də dördüncü yerdədir ki, bu da eyni turnirdə iştirak etmək hüququ verir.
Aut.az
