Almaniya millisinin üzvü komandasından küsdü: “Milan”a keçir
“Milan” Dortmund “Borussiya”sının və Almaniya millisinin hücumçusu Niklas Füllkruqu heyətinə qatmaq üzrədir.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb,
İtaliya klubu 31 yaşlı forvardın nümayəndələri ilə əlaqə saxlayıb. Qeyd olunur ki, futbolçunun özü də “Borussiya”dan ayrıla bilər. Çünki Dortmund klubunun “Ştutqart”ın hücumçusu Sera Quirassini almasından bir qədər məyus olub.
Qeyd edək ki, 2023/24 mövsümündə Füllkrug “arılar” üçün bütün yarışlarda 46 matçda 16 qol vurub və 10 məhsuldar ötürmə edib.
Aut.az
