İngiltərəİtaliya

“Çelsi” bazarlıqdan doymur: Onu icarəyə götürür

“Yuventus”un 26 yaşlı braziliyalı yarımmüdafiəçisi Duqlas Luiz icarə əsasında “Çelsi”yə keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə futbol insayderi Fabritsio Romano məlumat verib.

Lui artıq İngiltərə Premyer Liqasında oynamaq təcrübəsi qazanıb, 2019-2024-cü illərdə “Aston Villa”da oynayıb.

Romano bildirir ki, “Mançester Yunayted” də yarımmüdafiəçini icarəyə götürmək istəyir.

Bu mövsüm Duqlas Luiz “Yuventus”un heyətində A Seriyasında 12, Çempionlar Liqasında isə 4 oyun keçirib.

Aut.az