İngiltərəÇempionlar Liqası

Salah əfsanəni geridə qoydu

Yanvarın 21-də Çempionlar Liqasının 7-ci turu çərçivəsində “Enfild”də “Liverpul” və “Lill” komandaları qarşılaşıb.

Matç mersisaydlıların qələbəsi ilə başa çatıb (2:1) . Qolları Məhəmməd Salah, Conatan Devid və Harvi Elliott vurub.

“Lill”ə vurduğu qol Salahın Çempionlar Liqasında 68-ci qolu olub (47 qol, 17 məhsuldar ötürmə). Bu göstəriciyə görə “Liverpul”un cinah oyunçusu “Arsenal”ın və Fransa millisinin əfsanəsi Tyerri Anrini (67) geridə qoyub.

Bu mövsüm Çempionlar Liqasında misirli 7 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Aut.az