Belə də dərd olar: Cari mövsümdə bu 4 futbolçudan başqa hamı zədələnib
“Real Madrid” La Liqada və İspaniya Superkubokunda “Barselona”ya böyük hesablı məğlubiyyətlərə baxmayaraq, hazırkı vəziyyətdən razıdır.
Bildirilir ki, baş məşqçi Karlo Ançelottinin qovulması ilə bağlı yayılan xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Komandanın mövsüm ərzində üzləşdiyi zədələrin sayı ilə bağlı da statistika bəlli olubv.
Hesablama göstərir ki, bu mövsüm Madrid klubunun cəmi dörd futbolçusu zədə almayıb – Andrey Lunin, Fran Qarsiya, Federiko Valverde və Endrik.
İspaniya çempionatında “Real” “Atletiko”nu iki xal qabaqlayaraq birinci yerdə qərarlaşıb.
Aut.az
