İspaniyaİngiltərə

Bir gün əvvəl “Bavariya” nümayəndələri ilə danışıb: Niyə “yox” deyib?

“Betis”in cinah oyunçusu Antoni karyerasını İspaniyada deyil, Alamniyada davam etdirə bilərmiş.

Aut.az xəbər verir ki, onun “Bavariya”ya keçmək ehtimalı olub. 25 yaşlı braziliyalının sözlərini ESPN sitat gətirib.

Antoni “Betis”ə qayıtmaq üçün son dəqiqəyə qədər gözləyib və  “yaşıl-ağlar” onun müqavilə hüququnu alıblar.

Antoninin fikrincə, “Bavariya” bunun qarşısını ala bilərmiş. Hətta məlumata görə, “Bavariya” ona ikiqat artıq məvacib də təklif edib. Bununla belə, Antoni İspaniya komandasına verdiyi sözdən dönə bilməyəcəyini bildirib.

“Beşdən çox klubdan zənglər oldu. Amma həmişə dediyim kimi, ilk seçimim “Betis” olub. Müqavilənin yekunlaşmasından bir gün əvvəl “Bavariya”dan olan insanlarla danışdım. Amma onlarla danışanda, “Betis”lə müqavilənin 95% yerinə yetirildiyini və sözümü tutacağımı dedim. Bunu hörmət və sevgim üçün edəcəm və İspaniyada çox xoşbəxt olduğumu bilirəm.

Mənə 7 milyon avro maaş təklif edib-etmədiklərini bilmirəm. Dünya səviyyəli klub olan “Bavariya”ya bütün hörmətimlə, verdiyim qərara sakit yanaşıram. Gələcəkdə nə olacağını bilmirəm, amma verdiyim qərara görə çox sakitəm”, – Antoni deyib.

Antoni ötən mövsümün ikinci yarısını icarə əsasında “Betis”də keçirib. Braziliyalı Manuel Pelleqrininin komandasında 26 oyuna çıxıb, 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

Aut.az