“Real” onu geri qaytarır?
“Milan”ın 26 yaşlı müdafiəçisi Teo Hernandes yenidən “Real”ın oyunçusu ola bilər.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Los Blankos” futbolçu ilə yaxından maraqlanır.
O, 2017-2019-cu illərdə “Real”da çıxış edib. Hernandez Madrid klubundan “Milan”a keçib. Futbolçunun transfer məbləği 22,8 milyon avro olub. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.
Aut.az
