Alonso bu oyuna qədər qovulmayacaq
“Real Madrid” in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının qrup mərhələsində “Mançester Siti” yə 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilməyəcək .
Aut.az xəbər verir ki, bu barədə “Sky Sport”un jurnalisti Patrik Berqer məlumat verib.
Mütəxəssis 14 dekabrda keçiriləcək “Alaves”lə oyunda komandaya rəhbərlik edəcək. Klub rəhbərliyinin yekun qərar məhz bu oyundan sonra bəlli olacaq.
Bundan əvvəl “Real” “Siti”yə məğlub olacağı halda Alonsonun Madrid klubundan qovulacağı barədə məlumat yayılmışdı.
La Liqada “Real Madrid” lider “Barselona”dan dörd xal geridə qalaraq ikinci yerdədir.
Aut.az
