Digər

Tanınmış idmançı koronavirusa yoluxdu

Latviyalı tanınmış biatlonçu Andreys Rastorquyevs Avstriyanın Hohfiltssen şəhərində keçiriləcək Dünya Kubokunun ikinci mərhələsini buraxacaq.

Aut.az xəbər verir ki, bu barədə “Janus.lv” məlumat verib.

Rastorquyevs Esterşundda keçirilən ilk mərhələdə fərdi yarışda doqquzuncu, sprintdə isə 33-cü olub. Lakin köhnə çiyin zədəsinin kəskinləşməsi səbəbindən təqib yarışına çıxmayıb.

Latviyaya qayıtdıqdan sonra biatlonçu tibbi müayinədən keçib və onun çiyinində ciddi problem olmadığı, əməliyyata ehtiyac duyulmadığı müəyyən edilib. Buna baxmayaraq, o, koronavirusa yoluxduğu üçün Hohfiltssen mərhələsində iştirak etməyəcək.

Qeyd edək ki, daha əvvəl koronavirus Fransiska Proyssdə də aşkarlanmışdı.

Hohfiltssendəki yarışlar 12–14 dekabr tarixlərində keçiriləcək və proqramda sprintlər, təqib yarışları və klassik estafetlər nəzərdə tutulub.