İspaniya

Ulduz futbolçudan “Real”a şok xəbər: Aprelə qədər oynamayacaq?

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqemin zədəsi gözləniləndən daha ciddi ola bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Ramon Alvares de Mona məlumat yayıb.

22 yaşlı ingiltərəli futbolçunun budun arxa hissəsindəki problem səbəbindən bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi.

Lakin yeni məlumata əsasən, oyunçunun meydana qayıdışı aprel ayına qədər uzana bilər. Bu isə onun təxminən iki aydan çoxmüddətdə komandaya kömək edə bilməyəcəyi anlamına gəlir.

Bellinqem cari mövsümdə bütün turnirlərdə 28 oyunda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az