İngiltərə

Ondan narazı olan yoxdur?

“Mançester Yunayted”in keçmiş futbolçusu Qari Nevill klubun baş məşqçisi Erik ten Haqın müdafiəsinə qalxıb.

“Mən Erik ten Haqa qəzəbli olan “Mançester Yunayted” beyinli  azarkeş tanımıram. Onların həqiqətən istədikləri budur: mülkiyyətçi dəyişsin, sabitlik və kluba sədaqətli, meydanda can qoyan futbolçular olsun.

Və mən düşünmürəm ki, bu oyunçular fədakar deyillər. Sadəcə mənim üçün onların nə qədər səviyyəli olduqları maraqlıdır. Məni narahat edən budur”, –“Sky Sports” Nevildən sitat gətirib.

Beş turdan sonra “Mançester Yunayted” altı xalla İngiltərə çempionatının turnir cədvəlində 13-cü yerdədir. Premyer Liqanın növbəti turunda “Mançester Yunayted” “Bernli” ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 23-də baş tutacaq.

Aut.az