Onlara yazığı gəlib
“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasının 4-cü turunun matçında komandasının “Empoli”yə qalib gəlməsi (7:0) haqda danışıb.
“Empoli”yə yazığım gəlir, amma bu futboldur – bəzən belə olur. Lukakunun “Roma”da debüt qolunu vurması mənim üçün önəmli deyildi. Bəlkə də onun üçün vacib idi. Mən isə onun qol vurub-vurmamasından asılı olmayaraq komanda ilə maraqlanıram, mənim üçün heç nə dəyişmir.
Onun komandaya fərqli profil gətirməsi məni maraqlandırır, biz onunla, o da bizimlə daha yaxşı oynamağı öyrənməliyik. Bizə irəliləmək lazımdır. Skamyadan bəyənmədiyim şeyləri gördüm.
Romelu sevildiyini, arzulandığını hiss etməlidir ki, komandanın onun kimi futbolçuya ehtiyacı olduğunu başa düşsün. “İnter”in qəzəblənməyə heç bir səbəbi yoxdur: onlar Romeluya ehtiyacı olan keçmiş baş məşqçisi ilə xoşbəxt olmalıdırlar”, – Mourinyo deyib.
“Roma” A Seriyasında 4 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “İnter” 12 xalla liderdir.
Aut.az
