“Qızıl top”a namizədlər bu tarixdə açıqlanacaq
2025-ci il “Qızıl top” mükafatına namizədlərin siyahısı avqustun 7-də açıqlanacaq.
Aut.az xəbər verir ki, bu barədə “France Football” jurnalına məxsus mükafatın rəsmi sosial şəbəkə hesablarında məlumat yayımlanıb.
Təntənəli mükafatlandırma mərasimi 22 sentyabr tarixində Parisin məşhur “Şatle” teatrında baş tutacaq.
Xatırladaq ki, “Qızıl top” (Ballon d’Or) hər il təqvim ili ərzində dünyanın ən yaxşı futbolçusuna “France Football” jurnalı tərəfindən təqdim olunur. 2024-cü ildə bu nüfuzlu mükafatın sahibi “Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodri olub.
Aut.az
