Əfsanə millidən istefa verdi
Məşhur keçmiş hollandiyalı hücumçu Patrik Klyuver İndoneziua milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
Aut.az xəbər verir ki, O, bu postu 2025-ci ilin əvvəlində tutmuşdu.
İndoneziya Futbol Assosiasiyasının mətbuat xidməti bildirir ki, 49 yaşlı mütəxəssis və onun heyəti ilə bağlanmış müqavilələr hər iki tərəfin razılığı ilə ləğv olunub.
Klyuvertin rəhbərliyi altında komanda 8 oyun keçirib: 3 qələbə, 4 məğlubiyyət və 1 heç-heçə.
2026-cı il Dünya Çempionatının üçüncü seçmə mərhələsində İndoneziya 12 xalla qrupda 4-cü yeri tutub və dördüncü mərhələdə mundiala vəsiqə qazanmaq imkanı əldən verib.
Aut.az
