Ona məsləhət verib, amma ictimailəşdirmək istəmir
PSJ-nin baş məşqçisi Luis Enrike bu mövsüm bir dəqiqə belə meydana çıxmayan və tezliklə komandadan ayrılacağı bildirilən Marko Verratti ilə bağlı vəziyyəti şərh edib.
“Mən şəxsi söhbətləri ictimailəşdirməyəcəyəm. Ona verə biləcəyim məsləhətlər özəl olaraq qalır, bu barədə başqa heç nə deməyə söz tapmıram”, – deyə jurnalist Fabritsio Romano “X” səhifəsində məşqçinin sözlərini sitat gətirib.
Daha əvvəl Verrattinin Qətərin “Əl Ərəbi” klubuna keçməyə yaxın olduğu bildirilirdi. Qeyd olunur ki, Qətər klubu PSJ ilə prinsipial razılığa gəlib və italyan yarımmüdafiəçi üçün 50 milyon avro ödəməyə hazırdır.
Aut.az
